Noyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda kənd təsərrüfatına verilən kreditlərin həcmi 520.8 mln manat təşkil edib.
FED.az xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 3,60 mln manat və ya 0,69% azdır. İlin əvvəli ilə müqayisədə isə 49,50 mln manat və ya 10,50% çox olub.
Eləcə də bax:Çindən Azərbaycana 1 milyon ədəd - TUT TİNGİ GƏTİRİLİB
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il kənd təsərrüfatına 52,70 mln manat və ya 11,25% daha çox kredit veriblər.
Qeyd edək ki, kənd təsərrüfatına verilən ən çox artım may və sentyabr aylarında olub. Mart ayında kənd təsərrüfatına verilən kreditlər azalıb.