Vergi Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa görə təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatına görə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üçün torpaq vergisinin dərəcəsi 1 şərti bala görə 0,06 manat müəyyən edilir.
Eləcə də bax: Dövlət Vergi Xidməti yeni - Videotəlimat Hazırlayıb
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş vergini, eyni zamanda, həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin yanvarın 1-dək, gəlir vergisindən isə müddətsiz azad edilib.
Qeyd olunan güzəştlərin tətbiqi üçün torpaq sahələrinin təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarına aid olması barədə arayışın əldə olunması tələb olunmur.