Dövlət tərəfindən kənd təsərrüfatı texnikasının alqı-satqısına ciddi dəstək verilir. Texnikanın satışı zamanı qiymətin ilkin dəyərinin 40 faizini dövlət özü ödəyir.
FED.az xəbər verir ki, bu sözləri Kənd Təsarrüfatı Nazirliyinin nümayəndəsi Vüqar Hüseynov jurnalistlərə müsahibəsində deyib.
Kənd təsərrüfatı texnikası bazarının tam liberallaşdığını söyləyən V.Hüseynov bunun nəticəsində rəqabət mühitində texnikanın qiymətində ucuzlaşmanın baş verdiyini qeyd edib: “Belə ki, “Aqrolizinq” ASC-nin bazasında 192 min manat qiyməti olan kombaynlar artıq 169 min manatdır. Üstəlik bu məbləğin 40 faizi dövlət tərəfindən ödənilir”.