Bu ilin yanvar ayı üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 394,6 mln. manat təşkil edib ki, onun da 373,9 mln. manatı heyvandarlıq, 20,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Eləcə də bax: Azərbaycanda aqrar sektorun maliyyələşdirilməsinə dair yeni mərhələ - BAŞLAYIR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,7%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6%, bitkiçilik məhsulları üzrə 4,8% artıb.