Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin say həddi artırılıb.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayrb.
Fərmana əsasən həm nazirliyin mərkəzi aparatının işçilərinini say həddi, həm də bölgələrdəki, Dövlət Aqrar İnkişaf Mərkəzlərindəki işçilərin say həddi artırılıb.
Belə ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidindən 212-yə, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 867 ştat vahidindən 926-ya qaldırılıb.