Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 20 aprel 2005-ci il tarixli fərmanında dəyişiklik edib.
FED.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsəsən, nazirliyin funksiyaları artırılıb. Yeni funksiyalar aşağıdakılardır:
- seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” qanunla müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil etmək və onların icrasına nəzarəti həyata keçirmək;
- Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçiləri təsviri və təchizat norması Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin etmək.