Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası əkin subsidiyası əmsallarını artırmazdan əvvəl fermerlərin dizel yanacağının bahalaşması ilə bağlı artan xərcini öyrənib.
Eləcə də bax: Azərbaycanda əkin subsidiyası - Əmsalları Artırılıb
FED.az xəbər verir ki, bunu Şuranın son qərarını şərh edən nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.
“Əmsalların artırılmasına uyğun olaraq hər birki növü üzrə 1 hektara düşən subsidiyanın məbləği 20 manatdan 40 manata çatdırılır. Əgər 2020-ci ilin dekabr ayında təsdiq edilmiş əkin əmsalı 1 idisə, yəni hər hektara 200 manat verilirdisə, yeni əmsal 1,2-dir, yəni hər hektara görə 240 manat verilir”, - deyə o, qeyd edib. (Report)