2019-cu ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6900,3 milyon manat təşkil etmişdir ki, onun da 3350,8 milyon manatı heyvandarlıq, 3549,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 11,4 faiz artıb.
Eləcə də bax:Neft məhsullarının istehsalı - AZALIB
Həmçinin o da məlum olub ki, 2019-cu il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 3007 vahid istixana fəaliyyət göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 3,3 faiz, onların sahəsində isə 6,3 faiz artım olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar- sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 0,1 faiz artaraq 189,2 min ton, xiyarın istehsalı isə 7,2 faiz artaraq 11,6 min ton olub.