2021-ci ilin yekunları üzrə “Kamaz”ın ixracı illik ifadədə 1,5 dəfə arta bilər.
Eləcə də bax: Gəncədə “KAMAZ”lar buraxılacaq - SƏNƏD İMZALANDI
FED.az xəbər verir ki, bunu şirkətin baş direktoru Sergey Koqogin “Vedomosti”yə müsahibəsində bildirib.
“Kamaz” 2020-ci ildə “COVID-19” pandemiyası fonunda avtomobil texnikasının ixracını 13% - 4,359 min ədədə qədər azaldıb.
"Ümumiyyətlə, güman edirik ki, 2021-ci ildə ixracı 50% artıra biləcəyik. Bu isə asan deyil. Əgər əvvəlki illərdə bizim üçün əsas məhdudiyyət siyasi risklər idisə, bu il "COVID-19" pandemiyasıdır. Sərhədlər tez-tez bağlanır, təmaslarda fasilələr yaranır”, - deyə Koqogin bildirib.
O qeyd edib ki, “Kamaz” texnikalarına Yaxın Şərq ölkələri - Səudiyyə Ərəbistanı və BƏƏ maraq göstərir. “Bu il qarşıda duran vəzifə gələn il son nəsil K5 yük maşınlarını bazara çıxarmaq üçün tərəfdaşlar seçməkdir. Azərbaycanda da bu avtomobillərlə bağlı ciddi niyyətlər var”, - deyə baş direktor vurğulayıb. (İnterfaks)