Dünyada iqlim dəyişikliklərinin ən çox təsir etdiyi sahə məhz kənd təsərrüfatıdır.
“Azərbaycan su qıtlığı problemi yaşamır” - Nazir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Aqrar Sığorta Forumunda çıxışında deyib.
Dünyada bu dəyişikliklərin aqrar sektora vurduğu zərər milyard dollarlarla olçüldüyünü qeyd edən nazir bilirib ki, Azərbaycanda bu riskləri sığortalamaq və kənd təsərrüfatını iqlim dəyişikliklərinin fəsadlarından qorumaq məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə aqrar sığorta mexanizmi yaradılıb.
“Hazırda dünyada müşahidə olunan iqlim dəyişiklikləri özünü bizim regionda, o cümlədən Azərbaycanda da büruzə verməkdədir. Qeyri-sabit hava şəraitinin artması, quraqlıq və daşqın hadisələrinin tez-tez baş verməsi buna əyani sübutdur. Dünya Bankının araşdırmalarına görə, son 30 ildə dünyada katastrofik hadisələrin sayı 3 dəfə artıb və bu rəqəmlər hər il artmağa davam edir”, - deyə o, əlavə edib.













