İmişlidə bol xurma məhsulu var, lakin alıcı azdır. Ona görə də, tonlarla meyvə ağaclarda çürüyür.
Xurma biznesində vəziyyət yaxşıdır - GƏLİRLƏR 67 MİLYON DOLLARA YAXINLAŞDI
FED.az xəbər verir ki, İmişlinin Şahverdili kəndinin sakinləri deyirlər ki, bu il xurmanın bol olması fermərləri sevindirib.
Amma alıcı olmadığından məhsulu satmaq mümkün olmur. Ağaclarda qalan meyvələr yavaş-yavaş çürüməyə başlayıb.
Fermerlər deyirlər ki, təklif olunan qiymət xurmanın ağacdan yığılması üçün çəkilən xərcə dəymir. Buna görə də, onlar yalnız öz ehtiyacları qədər məhsul yığır, qalanı isə ağaclarda xarab olur. Daxili bazarda bolluq olduğuna görə qiymət aşağıdır. Məhsulu xaricə çıxarmaq imkanı isə yoxdur. Bundan başqa, meyvəni yığıb saxlamaq üçün anbarların olmaması işi daha da çətinləşdirir.
Fermerlərin az da olsa qalan ümidi havanın şaxtalı keçməməsidir. Çünki temperatur kəskin aşağı düşərsə, ağacda qalan məhsul tamamilə məhv olacaq.










