2023-cü ilin yanvar-sentyabr aylarında 51.2 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edilib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 18.6 milyon dollar və ya 57,1% çoxdur.
Ötən ilin eyni dövründə isə 32.6 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edilib.