Aqrar

İsmayıllıda 70-ə yaxın kənd işıqsız qalıb, obyektlərə ziyan dəyib

İsmayıllıda 70-ə yaxın kənd işıqsız qalıb, obyektlərə ziyan dəyib | FED.az
11:42 20 May 2019

Güclü külək İsmayıllı rayonuna ziyan vurub.

FED.az xəbər verir ki, bu barədə açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib.

Eləcə də bax: Azərbaycanda kartof istehsalında - BÖYÜK ARTIM

Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayon ərazisində Elektrik təsərrüfatına ciddi ziyan dəyib: "Elektrik xətləri qırılıb. Şəhər ərazisində işıq olsa da, 70-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisi verilmir. Hələlik evlərə ziyan dəyməsi barədə məlumat daxil olmasa da, təsərrüfat obyektlərində dağıntı olması barədə müraciətlər var. Hazırda komissiya müraciətləri araşdırır".

R.Ağayev bildirib ki, hazırda hava şəraiti sabitdir.

Digər xəbərlər