2022-ci ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən fermerlərə əkin subsidiyaları veriləcək.
Eləcə də bax: Aqrar Subsidiya Şurası 2022-ci il üçün subsidiya əmsallarını - Açıqladı
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, subsidiyalar Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilanda dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində salınacaq üzüm bağlarının hər hektarına görə 8 min manat birdəfəlik subsidiyalar ödəniləcək.
Bununla yanaşı, üzüm bağlarının salınması üzrə subsidiyalaşma mexanizmi eyni qaydada Ağsu, Cəlilabad, İsmayıllı, Qəbələ, Qobustan, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarında fəaliyyət göstərən fermerlərə də şamil olunacaq. (Apa)