Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin (Rosselxoznadzor) Dağıstan Respublikası üzrə İdarəsinin dövlət müfəttişləri Azərbaycan və İrandan gətirilən bitkiçilik məhsullarının bir neçə partiyasının geri qaytarılmasına dair qərar qəbul ediblər.
FED.az İdarənin məlumatına istinadən xəbər verir ki, umumi həcmi 74,5 tona yaxın 4 partiya gavalı və hər birinin çəkisi 12,5 və 18,5 ton bir partiya qara çay və bir partiya şaftalı qadağan olunmuş məhsullar sırasına daxil edilib. Rusiya bazarına buraxılmayan məhsulların ümumi həcmi 105 ton təşkil edir.
Zərərverici ilə yoluxmuş bitkiçilik məhsulları Rusiyanın dövlət sərhədinin Dağıstan hissəsində - “Yaraq-Kazmalar” keçid məntəqəsində aşkar olunub.
“Məhsullar Azərbaycan və İrandan Rusiya Federasiyasına göndərilib. Karantin fitosanitar nəzarəti gedişatında malın partiyasının baxışı zamanı karantin obyekti - Şərq meyvə yeyəni və yovşan-quyruq ambroziya aşkar edilib. Zərərvericilərin mövcudluğu həmçinin “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” FDBM şöbəsinin rəyi ilə təsdiqlənib”, - deyə məlumatda qeyd olunur.
Yüklərin sahibləri inzibati məsuliyyətə cəlb olunublar. Bitkiçilik məhsullarının ixracatçı ölkələrə geri qaytarılmasına dair qərar qəbul edilib.
İran və Azərbaycandan gətirilən meyvə Rusiyaya buraxılmadı
20:38
30 Avq 2018