Azərbaycanda mal-qara azalıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu il yanvarın 1-nə Azərbaycanda 2 milyon 666,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 282,3 min baş inək və camış, 8 milyon 357,9 min baş qoyun və keçi olub.
ELƏCƏ DƏ BAX: "Quzuların kəsilib satılması ilə ət istehsalında böyük itkiyə yol verilir"
Beləliklə, 2017-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,2 faiz (6,4 min baş), o cümlədən inək və camışların sayı 0,3 faiz (3,5 min baş) azalıb. Qoyun və keçilərin sayında isə 1,1 faiz (96,4 min baş) azalma qeydə alınıb.
İnək və qoyun – AZALIR
19:44
21 Yan 2019