Kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi tam elektronlaşdırılır. Nazir İnam Kərimov istisnasız olaraq gələn ildən etibarən bütün fermerlərə subsidiyaların yalnız elektron qaydada veriləcəyini bildirib. O, həmçinin son 9 ayın nəticələrini də açıqlayıb.
FED.az xəbər verir ki, "Bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycanın aqrar sektorunda 7,1% artım olub". Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir ötən illə müqayisədə fermerlərin daha uğurlu nəticələr əldə etdiklərini bildirib. İnam Kərimovun sözlərinə görə, xüsusilə də fermerlərə yaradılan şərait məhsul bolluğuna təsir edib.
Eləcə də bax: Prezident kənd təsərrüfatı işçilərini - TƏLTİF EDİB - SİYAHI
İnam Kərimov fermerlərə göstərilən dəstəyin də artırılacağını bildirib. Onun sözlərinə görə, subsidiya sisteminin elektronlaşdırılması bu məqsədə xidmət edir.
Qeyd edək ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının peşə bayramıdır.