İmişli rayon istixanalarında bol məhsul yetişib. Təsərrüfatlarda beşinci yığım davam edir.
Eləcə də bax: Azərbaycanın daha 3 şirkətinə Rusiyaya pomidor və alma ixracına - İCAZƏ VERİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə həftədir istixanalardan pomidor məhsulu tədarük edilir. Üç ay müddətində çəkilən əziyyət öz bəhrəsini verib. Təsərrüfat rəhbəri Qoçu Bayramov bildirib ki, avqust ayında istixanalarda aqrotexniki işlər tamamlanaraq şitillər əkilib. İki hektarlıq istixanada 50 min şitil yetişdirilib. Kolların böyüməsində tozlandırmanı sürətləndirmək məqsədilə arılardan da istifadə edilib. İstixanalarda xarici sortlara üstünlük verilib. “Redqard” adı ilə tanınan və yüksək məhsuldarlığı ilə seçilən bu sortlar hesabına mövsümün sonuna kimi 350-400 ton pomidor məhsulu yığılması planlaşdırılır. Dörd dəfə aparılan yığım sayəsində 12 ton məhsul tədarük edilib. Məhsullar yerli bazarla yanaşı, xarici bazarlara da çıxarılır.
Təsərrüfatda 50 nəfərə yaxın vətəndaş iş yeri ilə təmin edilib. Qoçu Bayramov qeyd edib ki, hazırda 2,5 hektar ərazisi olan digər istixanada təmir işləri aparılır və bu ildən fəaliyyətə başlayacaq. Həmçinin təsərrüfat ərazisində açıq sahədə də tərəvəz bitkilərinin becərilməsi üçün torpaq işləri görülür.