Prezident İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub.
Dövlətimizin başçısı aqroparkın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi qurğularını işə saldı.