Aqrar

İki Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktorlar - TƏYİN EDİLİB

İki Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktorlar - TƏYİN EDİLİB | FED.az
11:02 16 Okt 2019

Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yeni direktor təyin edilib.

FED.az xəbər verir ki, nazir İnam Kərimovun imzaladığı əmrə əsasən, bu vəzifə Etibar Muradlıya həvalə olunub.

Eləcə də bax: Dövlət qurumu 38 nəfəri - İŞƏ GÖTÜRÜB

O, Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi planlaşdırılması fakultəsində kənd təsərrüfatının menecmenti ixtisası üzrə təhsil alıb, yeni təyinata qədər nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində və “Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də çalışıb.

Bundan başqa, İ.Kərimov Elşən Cəbrayılovun Kürdəmir DAİM-in direktoru təyin edilməsi barədə əmr imzalayıb. O, bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətində çalışıb. Xatırladaq ki, əvvəlki direktor Mətləb Kərimov işdə yol verdiyi nöqsanlara, nazirliyin “Fermerlərə yaxınlıq” prinsipini kobud şəkildə pozduğuna görə bir qədər əvvəl vəzifəsindən azad edilmişdi.

Report

Digər xəbərlər