İdxal gömrük rüsumundan azad edilən bərk və yumşaq buğdanın təsnifatı müəyyənləşib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.
Qərara əsasən, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sinif bərk buğda və 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sinif yumşaq buğdanın idxalı gömrük rüsumundan azad edilib.
İndiyə qədər toxumluq və digərləri idxal gömrük rüsumundan azad idi. Qərara əsasən, digər buğda kateqoriyası bərk və yumşaq buğdanın təsnifatı ilə əvəzlənib. (Apa)