Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məhərrəm Əsgərov və "Balxurma" MMC-yə rezident statusu verilib.
3 şirkət və fərdi sahibkara status verildi – 1.7 milyon manata 120 hektarda bağ salacaqlar
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
Nazir qeyd edib ki, rezidentlər tərəfindən 61,1 hektar sahədə investisiya həcmi 640 min manat olan intensiv meyvə bağları salınacaq, 13 nəfər daimi, 112 nəfər isə mövsümi işlə təmin ediləcək.
Xatırladaq ki, Yevlax Pilot Aqropark İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindədir.