Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidrometeoroloji, 5 meteoroloji stansiya var.
FED.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, gələcəkdə Xankəndi, Xocavənd və digər ərazilərdə 2 aqrometeoroloji stansiyanın quraşdırılması planlaşdırılır:
“Bu stansiyalar sözügedən ərazilərdə kənd təsərrüfatı sahəsinin, ümumilikdə iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”. (Apa)