Dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
FED.az xəbər verir ki, bu, "Baytarlıq haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, dəyişiklik heyvanların dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyən edilməsinə hüquqi əsas yaradacaq.
Layihə Milli Məclisin Aqrar siyasət komitəsi bu gün keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib. (Apa)