Goranboy rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Son illər rayonda bir neçə istehsal və emal müəssisəsi istifadəyə verilib. Keçən il Qızılhacılı qəsəbəsində 15 hektar sahədə 4-cü nəsil yeni istilikxana kompleksi - “Kaskad Aqro” fəaliyyətə başlayıb.
Eləcə də bax: Saatlıda istehsal və emal - MÜƏSSİSƏSİ YARADILIR
FED.az rayon icra hakimiyyətindən "azərtac"a verilən məlumata istinadən xəbər verir ki, Muzdurlar kəndində fəaliyyət göstərən 920 başlıq iribuynuzlu südlük və damazlıq heyvandarlıq kompleksinin nəzdində süd məhsullarının emalı müəssisəsinin və damazlıq qoyunçuluq təsərrüfatının da yaradılması nəzərdə tutulub.
Qeyd edilib ki, bütün bunlar reallaşdıqdan sonra, ümumilikdə, 150 yeni iş yeri açılacaq.