“Kənd təsərrüfatında subsidiyaların verilməsində əsas problem torpaqların sənədləri ilə bağlıdır”.
Eləcə də bax: “Dövlət Aqrar İnkişaf Mərkəzi subsidiya verərkən kəndlilər arasında fərq qoyur”
Eləcə də bax: Aqrar sahədə satışdankənar gəlirlər və subsidiyalar vergidən - AZAD OLUNUR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, subsidiyaların verilməsində bu, çox ciddi məsələlərdən biridir: “Prezident İlham Əliyevin bu problemin aradan qaldırılması ilə bağlı tapşırığı var”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Tahir Mirkişili isə bildirib ki, bu gün subsidiya alanlardan cəmi 35%-nin sənədi, çıxarışı var. (Apa)