19 avqust tarixində hər kəsi Zaqatala Mədəniyyət Evində keçiriləcək "Kənd Boğçası" - fermer yarmarkasına dəvət edirik.
Fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarının həmçinin xidmətlərini təqdim etmək və istehlakçıları cəlb etməkdir.
Yarmarkada qida qəhrəmanlarının işləri təqdim olunaraq qida təhlükəsizliyi və sağlam qidalanmanın əhəmiyyəti iştirakçılara çatdırılacaq.
İstehsalçıların bazarla əlaqəsinə dəstək göstərməklə kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq istehsal müəssisələrinin dəstəklənməsi yarmarkanın hədəflərindən biridir.
Heç kəsi kənarda qoymadan daha yaxşı istehsal, daha yaxşı qidalanma və daha yaxşı həyat üçün inklüziv, davamlı və dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması ümumi məqsədlərimizdən biridir.
Yarmarkada Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr iştirak edir.