Azərbaycanda kənd təsərrüfatı sektoruna yatırım edən şirkətlər iyun-iyul aylarında xaricə məhsul ixracını artırıblar.
Eləcə də bax: İş adamı: "Xarici siqaretlər bu tütündən buraxılır, ixrac edirik"
«Azərsun Holdinq»ə daxil olan «Green Tech» istixana şirkətinin icraçı direktoru Nizami Heybətov FED.az-ı bildirib ki, hazırda tərəvəzin, xüsusilə də pomidorun yetişməsi, yığılması və ixracı üçün ən məhsuldar dövrdür.
«İyun ayı günəş boldur, temperatur yüksəkdir. Buna görə də, məhsul hər gün yetişir, məhsulu istixanadan yığmaq və qablaqşdırıb bazara göndərmək bizdən fasiləsiz hər gün işləməyi tələb edir. Bundan başqa, paralel olaraq bitkilərə texniki qulluq da aparılmalıdır».
Qeyd edək ki, bir qayda olaraq pomidorp ixracı üçün iyulun 10-dək başa çatır. Ona görə də istixana sahibləri həmin dövrədək gərgin iş rejimində çalışmalı olurlar.
«Biz hazırda ikili növbə ilə işləyirik, gecələr
Paketləmə və anbar işləyir, yığılan mallar anbara vurulur, maşınlara yüklənib yola salınır».
N.Heybətov bildirir ki, qeyri-neft sektoru ixcracında pomidor, əsasən istixanalar hesabına, ilk yerləri tutur, ona görə də bu işlərin vaxtında görülməsi çox vacibdir.
Xağtırladaq ki, karantin rejimi ilə əlaqədar olaraq istixanaların fəaliyyətində də çətinlik yaranmışdı, amma sonradan Nazirlər Kabinetinin qərarında dəyişiklik edilərək bitki mühafizəsi ilə məşğul olanlara da işə çıxmağa icazə verildi.
«Green Tech», «Gözəl Təbiət» və «Binə» istixana komplekslərinə rəhbərlik edən N.Heybətovçun sözlərinə görə, bu komplepkslər ümumilikdə 32 hektarı əhatə edir. Əkilən bitkilərin 99%-i pomidordur. Burada becərilən xiyar badımcan və bibər isə əsasən daxili bazar üçün nəzərdə tutulur.
Şirkət daxili bazara da pomidor tədarük edir ki, bu da qiymətlərin çox bahalaşmasının qarşısını alır. Əsas məhsul isə xaricə, əsasən Rusiyaya ixrac edilir: «Rusiyaya həftədə 20 avtomobil, yəni təqribən 360 ton məhsul, pomidor ixrac edirik. İxrac edilən pomidorun kiloqramının 0,9-1 dollar olduğunu nəzərə alanda həftəlik ixrac həcmi 300 min dollar təşkil edir»-deyə istixana rəhbəri bildirib.