Aqrar

«Həmin güzəşt bütün şirkətlərə aid olacaq» – NAZİR AÇIQLADI

«Həmin güzəşt bütün şirkətlərə aid olacaq» – NAZİR AÇIQLADI | FED.az
12:52 24 Dek 2018

Kənd təsərrüfatı sahəsində son dəyişikliklərdən sonra texnika və gübrə satışı ilə bağlı güzəştlər bütün təchizatçı şirkətlərə aid olacaq. FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

 

Onun sözlərinə görə, dövlət başçısının fərmanı ilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərin idarə Olunması üzrə Dövlət Xidmətinin bazasında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb. Bu fərmanla “Aqrolizinq” ASC-nin portfeli, eyni zamanda kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli qiymətlərlə satışı funksiyaları yeni yaradılan Agentliyə verilib.
 

Eləcə də bax: "Bu prezidentin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir"
 

«Aparılan islahatlar nəticəsində bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarı liberallaşacaq, fermerlərin subsidiyalardan istifadə imkanları artacaq»-deyə nazir bildirib.

 

İ.Kərimov bildirib ki, eyni zamanda maliyyə bazarına çıxış imkanları güclənməklə güzəştli kredit və xidmətlər fermerlər üçün daha əlçatan olacaq. «Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.Fərmanda nəzərdə tutulduğu kimi, aqroservislər gələn ildən özəlləşdirilməyə çıxarılacaq. Bu tədbirlər fermerlərə göstərilən aqrotexniki xidmətin keyfiyyətini daha da artırmağa imkan verəcək».

Digər xəbərlər

Banner