Mövsümi meyvələr bazarlarda göz oxşayır. Burada hər qiymətə, müxtəlif çeşiddə yerli meyvə tapmaq mümkündür.
Hər ağac 40-50 kq məhsul verir, 1 kiloqramının - QİYMƏTİ 2 MANATDIR - XARİCƏ SATACAQLAR
FED.az xəbər verir ki, bu gün paytaxt bazarlarında paradokslar var.
Mövsümü olmadığı vaxt ucuz satılan bəzi meyvələr öz mövsümündə ikiqat baha təklif edilir.
Qiymət fərqini alıcılar da təsdiqlədilər. Onlardan bəziləri qiymətlərin yüksək, bəziləri isə əksinə, ötən illə müqayisədə aşağı olduğunu bildirdilər.
Satıcılar deyirlər ki, bu il bazarlarda məhsul boldur. Xüsusilə ərik bu səbəbdən ötən illə müqayisədə daha ucuzdur. Qiymətlər meyvənin təmizliyinə, ölçüsünə və dadına görə fərqlənir.
Fermerlər isə əksinə, bu il hava şəraiti ilə əlaqədar təsərrüfatlara ziyan dəydiyini və məhsuldarlığın aşağı olduğunu deyirlər. Tovuzlu və Zaqatalalı təsərrüfat sahibləri bildirirlər ki, qiymətlərin də əvvəlki illərlə müqayisədə aşağı olması gəlirlərinin xeyli azalması ilə nəticələnib. Fermerlər meyvənin azlığına baxmayaraq məhsulun ucuz olmasını isə xarici bazarlarda da tələbatın azalması ilə əlqələndirirlər.
Satıcıların sözlərinə görə, yaxın vaxtlarda da myvələrin qiymətində artım gözlənilmir. (Xezerxeber.az)