Kənd Təsərrüfatı Nazirliyi Hacıqabul rayonunda istixana kompleksinin tikintisi üçün plan hazırlayır. Bununla bağlı 2 hektar ərazidə istixananın layihələndirilməsi də daxil olmaqla, üç lot üzrə tender elan edilib.
Bu ilin avqust ayında Kənd Təsərrüfatı Nazirliyi "Green Park Azerbaijan" MMC adlı kommersiya hüquqi şəxs yaradıb. Bu şirkətin direktoru Zülfüqar Sadıqbəylinin sözlərinə görə, Hacıqabul rayonunun Atbulaq kəndində 150 hektar torpaq sahəsi onun sərəncamına verilib. Bu sahədə meyvə şitilləri və tərəvəz yetişdiriləcək bir neçə istixana kompleksi yaratmaq planlaşdırılır. "Tikinti işləri başa çatdıqdan sonra istixanalar yerli və xarici sərmayəçilərə veriləcək", - deyə Z. Sadıqbəyli qeyd edib.