9-10 noyabr tarixində Göyçay Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Aznar” şirkətinin baş sponsorluğu ilə Nar festivalı və “Aznar” şirkətinin 50 illik yubileyi keçiriləcək.
FED.az xəbər verir ki, şəhərin mərkəzində təşkil olunacaq festivalda müxtəlif nar növlərindən hazırlanmış təamlar, şirniyyatlar, nar şirələri, şərablar nümayiş olunacaq. Ziyarətçilər nardan hazırlanmış təamların dadına baxmaq imkanı əldə edəcəklər.
Eləcə də bax: "Rusiyadan min ton - SİFARİŞ ALMIŞIQ"
Bununla yanaşı festival çərçivəsində qonaqlar rəssamların əl işlərindən ibarət sərgi ilə yaxından tanış olacaqlar. Festival çərçivəsində musiqili proqram, rəqs qruplarının çıxışları gözlənilir. Nar festivalında əyləncəli müsabiqələr də keçiriləcək. Ziyarətçilər həmin müsabiqələrdə iştirak edərək qalib olmaq şansı qazanacaqlar.
Günün sonunda isə “Aznar” şirkətinin 50 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert baş tutacaq. Festival atəşfəşanlıqla başa çatacaq.
Qeyd edək ki, Nar festivalı 2006-cı ildən etibarən hər il keçirilir. Festivalda hər il 15 mindən çox insan iştirak edir.
Oxu