Goranboy rayonun Dəvəçuxuru yaylağında iri buynuzlu heyvanlar bilinməyən xəstəlikdən ölür. Fermerlər narahat olmağa başlayıblar.
FED.az "Marja"a istinadən xəbər verir ki ki, 2019-cu ilin Mart ayından bugünədək 50 baş inəyi ölüb:
“Heyvanın vəziyyəti qanlı bayıra işləmə ilə pisləşir. 2-3 gün ərzində heyvan ölür. Baytar həkimlər heyvanlara iynə vurublar, amma heç bir təsiri olmayıb. Ötən il 300 qoyunum öldükdən sonra bu il 50 baş inəyim tələf oldu. Cəmi 25 keçim qalıb”.
Dünən qonşu fermanın malında eyni xəstəlik yaranıb. Ərazidəki maldarlar həkimlərin sağalda bilmədiyi xəstəliyin onların da heyvanların keçə biləcəyinə görə təşviş keçirirlər.
FED.az bildirir ki, xəbərdə adı çəkilən fermer tərəfindən İdarəyə müraciət olunmayıb: “Bizə heyvanların xəstələndiyi barədə müraciət edilməyib. Ola bilsin ki, fermer kənar həkimi dəvət edib. Biz Baytarlıq idarəsi olaraq 24 saat vətəndaşların xidmətindəyik. Mən hazırda əraziyə yollanıram”.