Kənd Təsərrüfatı Nazirliyinin Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yeni direktor təyin edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.
Tovuzlu fermerə bir inəyə görə 5360 manat - SIĞORTA ÖDƏNİŞİ EDİLDİ
Əmrə əsasən, Asif Kazımov Vəkil oğlu Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib. A.Kazımov əvvəllər bank sistemində çalışıb.
Qeyd edək ki, Goranboy DAİM-ın əvvəkli direktoru Ziyad Əhmədov oktyabrın 8 də iş otağında mərkəzin baş mühasibi Mirhadi Bağırov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.