Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstandan Azərbaycana toxumluq sarımsaq gitirmək istəyən amma sərhəddən buraxılmadığına görə, sarımsaqları çaya tökən sahibkarla bağlı məlumat yayıb. FED.az xəbər verir ki, bu barədə yayılan videoda sahibkar ölkəyə 600 kiloqram sarımsaq gətirmək istədiyini, amma gömrük əməkdaşlarının onun mallarını sərhəddən buraxmadığını bildirir. Bu halı qanunsuz sayan iş adamı etiraz əlaməti olaraq sarımsaqları sərhəddəki çaya tökür.
Öz növbəsində DGK baş verənlərə səbəb kimi, sarımsağın idxalı üçün lazımi sənədlərin olmadığını göstərir. Komitənin çəlumatında deyilir:
"Bəzi internet resurslarında özünü sahibkar kimi təqdim edən şəxsin ölkəyə idxal etmək istədiyi sarımsaq məhsulunu Gürcüstan ərazisində çaya tökərək məhv etməsi, buna gömrükçülərin yaratdığı süni maneələrin səbəb olduğunu iddia edən video təsvirlər yayımlanıb.
Dövlət Gömrük Komitəsi bildirir ki,29 noyabr 2017-ci il tarixində Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Abdurahman Ramazan oğlunun idarə etdiyi "Ford Tranzit" markalı, 62 BF 986 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində toxumluq sarımsaq kimi təqdim edilən, təxminən 600 kq sarımsaq yükü daxil olub. Gömrük orqanına nəqliyyat vasitəsindəki yükə aid heç bir müşayiət sənədi, o cümlədən fitosanitar sertifikat və sanitar karantin sənədləri təqdim edilməyib. Vətəndaşa sənədləri təqdim etmək üçün müddət verilib. Lakin 01 dekabr 2017-ci il tarixdə yüklərə aid məsul şəxs tərəfindən heç bir sənəd təqdim edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na zidd olduğuna görə mallar gömrük ərazisindən geri qaytarılıb. Eyni zamanda, sözü gedən yükü Gürcüstan Respublikasının gömrük orqanları da ölkə ərazisinə idxalına icazə verməyib".
Eləcə də bax: Çindən də gətirilir, ölkədə də əkilir – SƏRFƏLİ BİZNES
Eləcə də bax: Bu il sarımsaq əkənlər daha çoxdur - "qiymət risk altına düşəcək"
Gömrükdən narazı sahibkar sarımsaqları çaya tökdü - RƏSMİ AÇIQLAMA
15:59
3 Dek 2017