Gələn ildən fermerlərə subsidiyalarda - YENİ QAYDALAR
20:5611 İyul 2019
2020-ci ilin yanvarın 1-dən Azərbaycanda fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək. FED.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, hazırda subsidiyaların verilməsi mexanizminin formalaşdırılması istiqamətində işlər aparılır: "Fikrimiz ondan ibarətdir ki, bu subsidiyaların verilməsi elə formalaşsın ki, fermer heç bir insan amilindən asılı olmayaraq subsidiyanı yalnız elektron kənd təsərrüfatı sistemi vasitəsilə əldə edə bilsin".
Nazir müavini həmçinin əlavə edib ki, fermerin aqrotexniki tədbirin həyata keçirilməsi üçün ona hər hansı məbləğ düşəcəksə, bu məbləğin bir miqdarı əvvəlcədən onun kartına yatırılacaq ki, fermer aqrotexniki tədbirlərini subsidiyanı alana qədər vaxtı vaxtında icra edə bilsin.