Gələn ildən aqrar sərgilər çərçivəsində keçirilən tədbirlər yalnız Bakı Ekspo Mərkəzində deyil, həm də özəl təsərrüfatların ərazilərində təşkil ediləcək.
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub - FOTOLAR
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri çərçivəsində keçirilən 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, gələn ildən kənd təsərrüfatı sərgisi artıq yeni formatda təşkil olunacaq: “Sərgilər “Agro Week” – yəni Kənd Təsərrüfatı Həftəsi çərçivəsində keçiriləcək. Bu da fermerlərimizə, təsərrüfat sahiblərinə, təchizatçı şirkətlərə daha çox əlaqələr qurmağa imkanı verəcək. Həmçinin, tədbirin keçirildiyi məkanlar da maraqlı olacaq".
A.Cəfərov bildirib ki, bu gün həmçinin Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində süni intellektin aqrar sahədə tətbiqi ilə bağlı geniş müzakirələr aparılacaq. (Report)