Gələn il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 130 hektar meyvə bağnın salınması nəzərdə tutulub.
Eləcə də bax: Qarabağda taxıl əkininə ayrılan sahələr 100 min hektara kimi - ARTIRILACAQ
FED.az xəbər verir ki, bunu kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatında bildirib.
"2021-2022-ci illərdə həmin ərazilərin 50 min hektarında əkin işləri həyata keçirilib. Əlavə olaraq, 1,8 min hektar meyvə bağı salınıb. Bölgənin aqrar potensialından səmərəli istifadə edilməsi ilə bağlı tədbirləri davam etdiririk", - deyə o, qeyd edib. (Report)