Füzuli rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsi inşa edilir.
Eləcə də bax: Saatlıda istehsal və emal - MÜƏSSİSƏSİ YARADILIR
FED.az xəbər verir ki, iş icraçısı Əfsər Ələkbərov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə inşa edilən məntəqənin ərazisi 1,2 hektardır. Məntəqə emal sexi, anbar, yeməkxana, ofis, nəzarət buraxılış məntəqəsi, qazanxana, inkubasiya və sairdən ibarət olacaq. Bundan başqa, ərazidə içməli və yanğın əleyhinə su anbarları, nasosxana da inşa edilir.
Tikinti işlərinin mart ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Azərtac