“Fruit Aqro” QSC-də yeni təyinat olub.
Azərbaycanın ən iri aqroparklarından birinin - RƏHBƏRİ DƏYİŞDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Musayev Fərid Səbuhi oğlu “Fruit Aqro” QSC-də baş icraçı direktor təyin olunub.
Buna qədər, vəzifədə Musayev Mirzə Kamal oğlu idi.
Qeyd edək ki, “Fruit Aqro” QSC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır.
“Fruit Aqro” MMC ölkədə bağçılıq sahəsinin inkişaf etdirilməsi və yerli istehsal potensialının gücləndirilməsi məqsədi ilə yaradılmış şirkətdir.