Dünyanın aparıcı və Rusiyanın ən böyük fosforlu gübrə istehsalçılarından biri “FosAqro” Azərbaycana “Apaliqua” markalı maye kompleks gübrə (MKG) tədarükünə başlayıb.
Türkiyə bankları gübrə ixracında rus banklarını - ƏVƏZ EDƏ BİLƏR
2023-cü ilin sonunadək “FosAqro-Region” MMC (“FosAqro”ya daxildir) Azərbaycanın kənd təsərrüfatı müəssisələrinə təxminən 2 min ton MKG tədarük etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Bakıda işinə başlayan 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") zamanı “FosAqro-Region” şirkətinin baş direktoru Andrey Vovk məlumat verib.
Tərkibində azot və fosfor olan “FosAgro”nun MKG-si torpaqda qida elementlərinin əriməsi üçün əlavə nəm tələb etmir, buna görə də isti iqlim və quraqlıq şəraitində səmərəlidir. Rusiyada bu gübrə hər il 50 min tondan çox istehlak edilir.
Birinci partiya Azərbaycanın Ağdam, Bərdə, Beyləqan, Balakən, Qax, Qəbələ, və Zaqatala rayonlarında təsərrüfatlara qarğıdalı və pambıq əkinlərini qidalanması üçün nəzərdə tutulub.
“Azərbaycanın kənd təsərrüfatı sahəsində “FosAqro”nun məhsullarına tələbat ildən ilə artır. Biz 2018-ci ildə Azərbaycana tədarükə başladıq və bu illər ərzində onların həcmi 60%-dən çox – 31,5 min tonadək (2022-ci ildə - İF) artıb”, - Vovk deyib.
Onun sözlərinə görə, “FosAqro-Region” 2023-cü ildə Azərbaycana məhsul tədarükünü 40 min tonadək (2022-ci ilin göstəricisindən 27% çox - İF) artırmaq niyyətindədir. Tədarükün loqistikasına “FosAqro-Region”un Astanadakı ofisi nəzarət edəcək.
"FosAgro” çeşidində 57 marka gübrə var və biz onları Azərbaycan fermerlərinə təklif etməyə hazırıq, xüsusən də burada artıq bəzi markaların uğurlu tətbiqi təcrübəsi var. Biz həmçinin, Azərbaycanda istehlakçılarımızın gübrələrdən maksimum miqdarda alması və işlərinin səmərəliliyini artırması üçün bitkilərin mineral qidalanması sahəsində konsaltinqi inkişaf etdirmək niyyətindəyik", - Vovk vurğulayıb.
«FosAgro-Region» - Azərbaycanın ASK sektoruna Rusiya mineral gübrələrinin əsas tədarükçülərindən biridir. Qiymətləndirmələrə əsasən, 2023-cü ilin yanvar-aprel aylarında Rusiya Federasiyasından Azərbaycana mineral gübrələrin idxalının təxminən 30%-i “FosAgro” məhsulunun payına düşüb. (İnterfaks-Azərbaycan)