Finlandiyadakı kənd təsərrüfatı müəssisələri işçi qüvvəsi çatışmazlığı səbəbindən bu il bir neçə on ton çiyələyi tarlalarda buraxmağa məcbur olublar.
Eləcə də bax: Azərbaycan Avropaya çiyələk ixracını - PLANLAŞDIRIR
FED.az xəbər verir ki, bu barədə "Yle" teleşirkəti məlumat yayıb.
"Bizim hesablamalarımıza görə, təxminən 50-60 min kq çiyələk yığılmayıb ki, bu da ümumi illik məhsulun təxminən dörddə birinə bərabərdir", - "Alanteen Tila" kənd təsərrüfatı şirkətinin direktoru Aarni Alanne deyib. Onun sözlərinə görə, bununla bağlı şirkətin itkiləri 0,5 milyon avro qiymətləndirilir.
Finlandiya Meyvə və Giləmeyvə İstehsalçıları Assosiasiyasının direktoru Miika İlomäki hesab edir ki, bu problemlərin əsas səbəbi işçi qüvvəsinin olmamasıdır:
“Finlandiyada ənənəvi olaraq çiyələk yığanların təxminən 70%-i Ukraynadan gəlirdi və bu yay işçi tapmaq çətindir. Nəticədə çiyələklər vaxtında yığılmadığından tarlalarda məhv olur. Buna tez-tez yağan yağışlar da şərait yaradıb". (Marja)