Azərbaycanda daha bir məhsul sahiblərinə milyonlar qazandırmağa başlayıb.
FED.az xəbər verir ki, qeyri-neft spektorunda meyvə-tərəvəz ixracı ilə yanaşı, fındıq ixracı da satıh həcminin və qiymətinin artması ilə seçilməkdədir.
Fındıq ixracı ölkəyə davamlı olaraq ildə 110-120 milyon dollar gətiri gətirməkdədir.
Rəsmi məlumatlara görə, son 4 ildə fındıq ixracından ölkəyə yarım milyard dollara yaxın vəsait daxil olub.
Belə ki, 2022-ci ildə Azərbaycandan xaricə 21 min 865 ton fınldıq ixrac edilib ki, onu da ümumi dəyəri 110 milyon 643 min dollar olub. Həmin vaxt fındığın orta ixrac qiyməti 1 kiloqram üçün 5,06 dollar olub, bu 8,6 manat deməkdir.
2023-cü ildə fındıq ixracı bir qədər də artaraq 23 min 397 tona, ixrac gəlirləri isə 123 milyon 136 min dollara yüksəlib. Həmin il fındığın orta ixrac qiyməti bir qədər də artaraq 5,26 dollar və ya 8,94 AZN təşkil edib.
2024-cü ildə fındığın ixrac qiyməti dollarda 6 dolları, manatda isə 10 manatı keçib. Belə ki, həmin il xaricə 20 min 169 ton fındıq ixrac edilib, bundan 128 milyon 885 min dollar daxil olub. Fndığın orta ixrac qiyməti 6,39 dollar və ya 10,86 AZN təşkil edib.
2025-ci ildə isə fındığın qiyməti rekord həddə yüksəlib. Rəsmi məlumatlara əsasən, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan xaricə 15 min 428 ton fındıq ixrac edilib. Bundan 124 milyon 455 min dollar gəlir daxil olub. Fndığın orta ixrac qiyməti isə rekord dərəcədə artaraq 8,07 dollara və ya 13,71 manata çatıb.
Başqa sözlə, son 4 ildə fındıq ixracı Azərbaycana 488 milyon dollar və ya təqribən yarım milyard dollar gəlir gətirib.
Fındıq gəlirlərinin artması ilə onu ölkənin ümumi ixracında və qeyri-neft imxracındakı payı da artmaqdadır. Belə ki, 4 il əvvəl – 2022-ci ildə fındıq ixracı ölkədən ümumi ixracın cəmi 0,29%-ini, qeyri neft ixracının isə 3,63%-ni təşkil edirdi. 2023-cü ildə fındığın ümumi ixracda payı 0,36%-ə, qeyri-neft ixracında payı 3,68%-ə yüksəlib.
2024-cü ildə bu göstəricilər müvafiq olaraq ümumi ixracda 0,49% və qeyri neft ixracında payı 3,84% təşkil edib.
2025-ci ilin ilk 10 ayında isə fındıq icracı ölkənin ümumi ixracında 0,58%-ə, qeyri-neft ixracında isə 4,17%-ə yüksəlib.
Azərbaycanın qeyri-neft ixracının tərkibində cəddi dəyişiklik baş verməsə, yaxın illərdə fındığın qeyri-neft ixracında payı 5-6%-i keçə bilər.










