Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Balakən rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda da davamlı iş aparılır.
Eləcə də bax: Pomidor və xiyarı - 10 Qəpikdən Satırlar
FED.az xəbər verir ki, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, son illər rayon ərazisində 4,7 min hektardan çox sahədə yeni fındıq bağları salınıb. Bağların ümumi sahəsi 10 min 544,1 hektara çatdırılıb. Bu bağların 5 min 571 hektarı barverəndir.
Rayonun fındıq bağlarında bir neçə gündür tezyetişən sortların yığımına başlanılıb. Hazırda Balakən bazarında belə sort fındığın bir kiloqramının satış qiyməti 2-2,1 manat arasındadır. Rayonda fındığın kütləvi yığımına isə avqustun ortalarında başlanılacaq.
Xatırladaq ki, ötən il rayonun fındıq bağlarından 6 min 231,4 ton məhsul tədarük olunub.