"Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsi 2021-ci ilin fevral ayında Azərbaycandan 85 tona yaxın pomidorun gətirilməsini qadağan edib.
FED.az xəbər verir ki, fevralda daxil olan yüklərə İdarə tərəfindən baxış zamanı tərəvəzlərdə təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edilib. Laboratoriya nəticələri bunu təsdiq edib”, - İdarədən bildirilir.
Məhsul Azərbaycana qaytarılıb.
Bütövlükdə, 2021-ci ilin fevral ayında Azərbaycan və İrandan daxil olan 39,15 min ton meyvə və 14,201 min ton tərəvəzə nəzarət tədbirləri həyata keçirilib. (İnterfaks)