Avqust ayından etibarən bütün ölkə ərazisində ilkin olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, ötən müddət ərzində 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib. 3500-ə yaxın vergi ödəyicisinin fəaliyyət sahəsi dəqiqləşdirilib, onlardan 1539-nun mükəlləfiyyəti dəyişdirilib. Fəaliyyəti passiv göstərilmiş 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib.