Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğu göstərir.
Azərbaycan 2023-cü ildə qoyun idxalını 1,6 dəfə, inək idxalını isə 1,8 dəfə artırıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlində Azərbaycanda 2,646 milyon baş iribuynuzlu mal-qara, 8,19 milyon baş qoyun və keçi olub.
Ötən ilin sonunda azalaraq iribuynuzlu mal-qara sayı 2,533 milyon başa, qoyun və keçi sayı isə 7,223 milyon başa düşüb. Bu ilin ilk ayında isə iribuynuzlu mal-qara sayı 2,51 milyon baş, qoyun və keçi sayı 7,06 milyona olub.
Yəni, bir ayda iribuynuzlu mal-qara sayı 23 min baş, qoyun və keçi sayı isə 163 min baş azalıb. Fermerlər bunu yemin baha olması ilə əlaqələndirirlər.
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, Azərbaycan ətə olan tələbatı yerli istehsal hesabına ödəyə bilmir. Heyvan sayının azalması yerli istehsal hesabına ət təminatını bir qədər də pisləşdirəcək.
Bu vəziyyətdə də idxala ehtiyac artacaq. (Xezerxeber.az)