2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı yerli məhsulun ölkə daxilində və beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyini artırmağa imkan verəcək.
FED.az xəbər verir ki, bunu dövlət proqramının təqdimat mərasimində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazirin sözlərinə görə, proqram ölkədə qida təhlükəsizliyinin səviyyəsini bütün qida zənciri boyunca artırmağa imkan verəcək.
İ.Kərimov onu da vurğulaypıb ki, Azərbaycanda Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması qida təhlükəsizliyi sahəsində sağlam qidanın təmin edilməsində mühüm rol oynayacaq. Belə ki, bu sistemin nəzdində yaradılan fermer reyestri çərçivəsində fermerlər üzrə elektron baza hazırlanacaq ki, subsidiya tədbirləri, o cümlədən gübrə və pestisidlərin güzəştli satışı bu sistem vasitəsilə həyata keçiriləcək.
Eləcə də bax: Azərbaycan-Çin Sənaye Zonası yarada bilər