Yazlıq əkinlərini bəyan edərək əkin subsidiyasına müraciət edən fermerlərə “Fermer kartları”nın paylanmasına başlanılıb.
Bu barədə FED.az-a Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) bildirilib.
Eləcə də bax: Subsidiya istəyən fermerlərin - MƏLUMATLARI PEYKDƏN YOXLANILIR
AKİA-dan qeyd ediblər ki, ilkin olaraq cari ilin aprel ayının sonunadək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) Subsidiya İnformasiya Sistemində yazlıq əkinlər barədə elektron bəyanları dolduran və monitorinqdən keçən 14 min fermerin adına “Fermer kartları” AKİA-nın sifarişi əsasında “Kapital Bank” tərəfindən çap edilib və bankın regionlardakı filiallarına göndərilib.
Hazırda yazlıq əkinlərlə bağlı monitorinqlər davam edir və nəticələrə uyğun olaraq ödənişlər həyata keçiriləcək. Eyni zamanda fermerlərin yazlıq əkinlərlə bağlı bəyan prosesi may ayının sonunadək davam edəcək.