Aqrar Sığorta Fondu tərəfindən sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. Artıq dəymiş zərərin 2 500 000 manatı ötdüyü təsdiqini tapıb.
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən qiymətləndirilməsi tamamlanmış payızlıq əkin sahələri üzrə aqrar sığorta ödənişlərinə başlanılıb. İlk sığorta dənişləri Neftçala rayonundan olan fermerlərə təqdim edilib.
Rayonun Xəzər kəndi ərazisində sığortalanmış ərazilər əsasən sel, subasma və 3-cü şəxlərin hərəkətlərindən ziyan çəkib. Zərərlərin qiymətləndirilməsi 2 mərhələdə fermerlərin iştirakı ilə müstəqil ekspertlər tərəfindən həyata keçirilib.
Neftçala rayonu kənd təsərrüfatı sahəsində risklər baxımından həssas bölgə hesab olunur. Ötən mövsüm sığortalanmamış bir çox əkin sahələri də zərərə məruz qalsa da, yalnız sığorta xidmətlərindən faydalanan fermerlər öz gəlirlərini qoruya biliblər.